Diyetoloqlar bildirirlər ki, balın gündəlik və ölçülü istehlakı orqanizmə fayda verə bilər. Bal təbii şəkərlərlə yanaşı, kalium, kalsium və maqnezium kimi vacib minerallarla da zəngindir.
Medianews.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, balın tərkibindəki antioksidantlar və bitki mənşəli birləşmələr iltihabı və oksidləşdirici stressi azaltmağa kömək edə bilər.
Həmçinin balın tərkibində bağırsaq mikroflorasını dəstəkləyən prebiyotik maddələr mövcuddur.
Bununla belə, həddindən artıq bal istehlakı çəki artımına, qanda şəkərin yüksəlməsinə və 2-ci tip diabet riskinin artmasına səbəb ola bilər. Xüsusilə diabet və ya prediabeti olan şəxslərə porsiya miqdarına diqqət yetirmək tövsiyə olunur.
Dietoloqların fikrincə, əksər insanlar üçün gündə 1-2 çay qaşığı bal təhlükəsiz və məqbul hesab olunur.
Medianews.az