Medianews.az
Həmyaşıdlarına bıçaq və elektroşokla
70 baxış

Həmyaşıdlarına bıçaq və elektroşokla hücum etdilər

Rusiyada yeniyetmələr həmyaşıdlarına hücum ediblər.

Medianews.az xəbər verir ki, hadisə Moskva vilayətinin Puşkin şəhər dairəsində, Taraşovka dəmir yolu stansiyasında baş verib.

Yeddi nəfərdən ibarət dəstənin əlində bıçaq və elektroşoker olub. Onlar digər uşaqların çantalarını yoxlayaraq hədələyiblər. Hadisəyə böyüklər müdaxilə edəndə, hücum edənlər zərərçəkənləri elektrik qatarına mindirib qaçıblar.

İstintaq Komitəsi hadisə ilə bağlı “xuliqanlıq” maddəsi üzrə cinayət işi açıb.

Şahidlərin sözlərinə görə, bu dəstə stansiyada əvvəllər də görünüb, lakin o vaxt yalnız ərazidə qaçışırdılar.

Medianews.az

Bizə qoşulun