Medianews.az
Helikopterin küləyi uşaq arabasını
79 baxış

Helikopterin küləyi uşaq arabasını çaya uçurdu - VİDEO

Rusiyada helikopterin yaratdığı güclü hava axını uşaq arabasını çaya atıb.

Medianews.az xəbər verir ki, hadisə Sankt-Peterburqda Pyotr və Pavel qalası yaxınlığında baş verib.

Ailə körpə ilə birlikdə ərazidə dincələrkən eniş edən Mi-8 tipli helikopterin yaratdığı külək ətrafdakı insanların əşyalarını havaya sovurub. Boş uşaq arabası isə çaya düşüb. Körpənin həmin an atasının qucağında olması faciənin qarşısını alıb.

Hadisə anı kameraya düşüb.

Məlumata görə, 1974-cü il istehsalı olan helicopter turist gəzintiləri üçün istifadə olunur. Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun