Diyetoloq Luis Millares bildirib ki, səhər qəhvəyə kərə yağı əlavə edilməsi günboyu enerji səviyyəsini artırmağa kömək edə bilər.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu qarışım təkcə enerji vermir, həm də diqqəti gücləndirir, idrak funksiyalarını yaxşılaşdırır və bağırsaqlarda iltihabi proseslərin azalmasına müsbət təsir göstərə bilər.
Həkim qeyd edib ki, kərə yağı ilə qəhvə xüsusilə intensiv fiziki fəaliyyət və ya yüksək konsentrasiya tələb edən günlərdə faydalı ola bilər. Bundan əlavə, bu kombinasiya orqanizmdə ketoz prosesini dəstəkləyir.
Millares bu içkini əlavə enerji və fokus tələb olunan hallarda istifadə etməyi tövsiyə edir.
Medianews.az