Medianews.az
Həkimdən xəbərdarlıq:
51 baxış

Həkimdən xəbərdarlıq: Dar çarpayı yuxunuzu poza bilər

“Dar iki nəfərlik çarpayılar uzun müddət yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər”.

Medianews.az xəbər verir ki, bunu yuxu mütəxəssisi Roman Buzunov deyib. 

Onun sözlərinə görə, əksər iki nəfərlik çarpayıların eni 140-160 santimetrdir. Bu da hər iki şəxs üçün çox sıx olur. “Hər bir insana yalnız 70-80 santimetr yer qalır — uşaqların beşiyi eni qədər”, — deyə həkim izah edib.

Buzunov cütlüklərə ya ayrı yatmağı, ya da ən azı 180 santimetr enində, tercihen 200-220 santimetr enində çarpayı seçməyi tövsiyə edib. Kiçik mənzillər üçün isə açıldıqda rahat olan qatlanan ortopedik divanlar ideal variant sayılır.
Medianews.az 

Bizə qoşulun