Medianews.az
Həkimdən xəbərdarlıq:
60 baxış

Həkimdən xəbərdarlıq: Bu simptomu diqqətsiz qoymayın

“Mədəaltı vəzi xərçənginin az bilinən əlamətlərindən biri bel nahiyəsində yaranan küt ağrıdır”.

Medianews.az xəbər verir ki, bunu onkoloq İrji Kubeş deyib.

Həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi çox vaxt gec mərhələdə aşkarlanır, çünki xəstəlik uzun müddət açıq simptomlar vermir. Bəzi hallarda isə insanlar yüngül, küt bel ağrısı hiss edir və bunu əzələ yorğunluğu ilə səhv salaraq diqqətə almırlar.

Kubeş qeyd edib ki, bu ağrı bəzən qarının yuxarı hissəsində də hiss oluna bilər, lakin mədəaltı vəzin onurğaya yaxın yerləşməsi səbəbindən çox vaxt bel nahiyəsinə yayılır. Bu tip ağrının əsas xüsusiyyəti isə onun fiziki fəaliyyətlə bağlı olmaması və keçib getməməsidir.

Onkoloq vurğulayıb ki, bel ağrısı əksər hallarda xərçənglə əlaqəli olmur. Lakin səbəbsiz yaranan və uzun müddət davam edən ağrılar zamanı həkimə müraciət etmək vacibdir.

Mütəxəssis əlavə edib ki, aşağıdakı əlamətlər də diqqətə alınmalıdır:

  • güclü halsızlıq
  • səbəbsiz arıqlama
  • iştahanın dəyişməsi

Bu kimi hallar müşahidə olunarsa, vaxtında tibbi müayinə həyati əhəmiyyət daşıyır.

Medianews.az

Bizə qoşulun