Yayda gilasın həddindən artıq qəbulu sağlamlıq problemlərinə səbəb ola bilər".
Medianews.az xəbər verir ki, bunu qastroenteroloq Andrey Xaritonov deyib.
Həkimin sözlərinə görə, gilasın tərkibində olan fruktoza və sorbitol bəzi insanlarda qarın ağrısı və ishala səbəb ola bilər. Lakin bu vəziyyət ciddi təhlükə yaratmır və əsasən məhsulun çox miqdarda qəbul edilməsi zamanı müşahidə olunur.
Mütəxəssis qeyd edib ki, xüsusilə qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən şəxslərdə bu risk daha yüksəkdir. Həkim əlavə edib ki, belə hallar tək epizodlu və gilasla birbaşa əlaqəlidirsə, adətən tibbi müdaxiləyə ehtiyac olmur.
Medianews.az