Medianews.az
Hantavirus necə yayılır? -
87 baxış

Hantavirus necə yayılır? - İnfeksionist açıqladı

İnfeksionist Natalya Şvedova hantavirusun ən böyük təhlükəsinin gizli şəkildə yayılması olduğunu bildirib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, virusun ilkin əlamətləri adi qriplə qarışdırıldığı üçün xəstəlik gec aşkar olunur və ağır fəsadlara səbəb ola bilər.

Həkim qeyd edib ki, hantavirus əsasən siçan və siçovullar vasitəsilə yayılır. İnsanlar gəmiricilərin qurumuş ifrazatlarının qarışdığı tozu nəfəsə çəkərkən və ya çirklənmiş qidaları qəbul edərkən yoluxa bilər.

Şvedovanın sözlərinə görə, virus yüksək hərarət, halsızlıq və bədən ağrıları ilə başlayır, daha sonra isə böyrəklərə və damarlara ciddi zərər vurur. O bildirib ki, xəstəliyin ölüm faizi bəzi hallarda 40 faizə qədər yüksəlir.

Mütəxəssis qidaların gəmiricilərdən qorunmasını, meyvə-tərəvəzin yaxşı yuyulmasını və zirzəmi, qaraj kimi yerlərdə təmizlik zamanı maskadan istifadə edilməsini tövsiyə edib.

Medianews.az

Bizə qoşulun