Medianews.az
Hantavirus infeksiyasının qeydə alındığı kruiz gəmisi İspaniyaya çatıb -
91 baxış

Hantavirus infeksiyasının qeydə alındığı kruiz gəmisi İspaniyaya çatıb - VİDEO

Göyərtəsində hantavirus infeksiyasının qeydə alındığı "MV Hondius" kruiz gəmisi İspaniyanın Tenerife adasına (Kanar adaları) çatıb.

Bu barədə "VesselFinder" gəmilərin hərəkəti portalı məlumat yayıb.

Repatriasiya uçuşları həyata keçirilənə qədər sərnişinlərin gəmidə qalacağı ehtimal olunur. İspaniyanın Müdafiə Nazirliyi göyərtədə olan 14 İspaniya vətəndaşını Kanar adalarından Madridə xəstəxanaya köçürəcək və onlar orada karantində saxlanılacaqlar. Gəmini ilk olaraq məhz bu şəxslərin tərk edəcəyi gözlənilir.

İspaniya hökuməti laynerdəki insanların təxliyəsi məqsədilə xüsusi protokol hazırlayıb. Rəsmilər "MV Hondius" gəmisinin Kanar adaları sahillərinə gəlməsinin yerli əhali üçün heç bir risk yaratmadığını vurğulayıblar. Təxliyə prosesi başa çatdıqdan sonra, təxminən 30 nəfərlik heyətin qaldığı gəminin dezinfeksiya olunmaq üçün Niderlanda yola düşəcəyi planlaşdırılır.

Ümumilikdə gəmidə səkkiz nəfərdə hantavirus aşkarlanıb. Üç sərnişin həyatını itirib, xəstələnən bir nəfər isə kritik vəziyyətdə CAR-da xəstəxanada müalicə alır. İnfeksiyanın daha da yayılmasının qarşısını almaq üçün sərnişinlərə kayutlarında qalmaq tapşırılıb. Lakin hantavirusun unkubasiya dövrü bir neçə həftə çəkə bildiyi üçün yeni yoluxma hallarının operativ şəkildə aşkarlanması çətinləşir.

Aprel ayında Argentinanın Uşuaya şəhərindən yola düşən laynerdə, əsasən, ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşlarından ibarət 150-yə yaxın şəxs var./oxu.az

Bizə qoşulun