Hindistanda 23 yaşlı hamilə qadın həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilib.
Medianews.az xəbər verir ki, sərxoş vəziyyətdə olan kişi qadını döyərək ağır xəsarətlər yetirib. Hadisə zamanı onların 4 yaşlı qızı da evdə olub.
Şübhəli şəxs daha sonra qadını xəstəxanaya apararaq hadisəni qəza kimi təqdim etməyə çalışıb, lakin həkimlərin ekspertizası zorakılıq izlərini üzə çıxarıb. Qadının hamiləliyin üçüncü ayında olduğu bildirilib. Polis hadisə ilə bağlı kişini saxlayıb.
Medianews.az