Hindistanda kişi 65 yaşlı atasını baltalayıb öldürüb.
Medianews.az hadisə Maharashtra ştatında baş verib.
Məlum olub ki, kişi cinayəti atasının hamilə həyat yoldaşını təhqir etməsinə görə törədib.
Cəsəd dəmir yolu tuneli yaxınlığında tapılıb. Şübhələri yayındırmaq üçün kişi hadisəni pələng hücumu kimi təqdim edib, çünki bölgədə əvvəllər yırtıcıların insanlara hücumu qeydə alınıb. Lakin araşdırma nəticəsində cinayətin insan əli ilə törədildiyi sübut olunub.
Kişi saxlanılıb və ona qarşı cinayət işi açılıb.
Medianews.az