Medianews.az
Çin maşınlarını alaq ya yox? -
158 baxış

Çin maşınlarını alaq ya yox? - ekspert açıqladı

Son illərdə Çin istehsalı avtomobillər dünya bazarında diqqət çəkir. Bir çox alıcı onların qiymətini, keyfiyyətini və texnoloji imkanlarını müzakirə edir. Ekspertlərin fikirləri isə fərqlidir: bəzi mütəxəssislər etibarlılıq və texniki dəstək məsələsində çətinliklər ola biləcəyini bildirir, digərləri isə bu avtomobillərin uzunmüddətli istifadəyə uyğun olduğunu düşünür. Qiymət və texnologiya baxımından bu avtomobillərə üstünlük vermək olarmı? Uzunmüddətli istifadə üçün Çin avtomobilləri əlverişli seçimdir, yoxsa yox?

Bu barədə Medianews-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Çin texnologiyası Şərqi Asiya və digər Asiya ölkələrinin inkişafında böyük rol oynayır və onun real potensialı çox güclüdür. Onun sözlərinə görə, bu texnologiyalar dünya iqtisadiyyatına əhəmiyyətli töhfələr verir:

“Əvvəllər Avropa liderlik edirdisə, indi bu sahədə Asiya ölkələri, xüsusən Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur və Malaziya yeniliklərə imza atırlar. Bu gün istehsal olunan avtomobillər dünya brend avtomobillər siyahısına daxildir və texnologiyanın əsas üstünlüklərinə sahibdirlər. Çində işçi qüvvəsi ucuzdur, vergilər azdır, Avropada isə bu məhsullar daha baha qiymətə başa gəlir. Məsələ bununla da bitmir. Bəzi Avropa ölkələri inkişaf və texnologiya tempi baxımından dünyanın inkişaf etməkdə olan ölkələrini texnoloji üstünlüklərlə qabaqlayır”.

Aİ ölkələri Çin elektrik avtomobillərinə dair idxal rüsumlarının tətbiqini  dəstəkləyə bilər - Avtosfer.az

Ekspert qeyd edib ki, hazırda nəqliyyat vasitələri üçün əsas texnoloji uğurlar onların istismar vəziyyəti ilə bağlıdır və bu vasitələr ümumi istifadə olunan nəqliyyat vasitələrinin böyük hissəsini əhatə edir:

“Məsələn, bu gün Avropa ölkələrinin iqtisadiyyatına əsas töhfələr verən avtomobillərin çoxu Asiyadan gəlir. ABŞ isə bu bazara məhdudiyyətlər tətbiq edərək bəzi ölkələrin istifadəsinin qarşısını almağa çalışır.

Uzun müddətli perspektivdə bu, Çinə böyük üstünlük və divident gətirəcək. Bunun da bir çox səbəbləri mövcuddur. Başlıca səbəb odur ki, bu ölkələr öz iqtisadiyyatlarını sürətlə inkişaf etdirəcək və bu faktorlar uzunmüddətli perspektiv üçün nəzərdə tutulmuşdur”.

Oğuz Ayvaz 
Medianews.az

Bizə qoşulun