Əməkdar jurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Ukraynanı təslimçiliyə aparan 28 bəndlik əcaib “Sülh planı”nın iflasa uğraması yaxşı hadisədir.

Medianews.az-a açıqlamasında Q.Məhərrəmli bildirib ki, daha bir yaxşı məqam ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun ifşa olunmasıdır: “Onun Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla apardığı telefon söhbəti qətiyyən diplomatiya deyil, əsl siyasi riyakarlıqdır…
Hazırda hamı baş sındırır ki, bu iki köməkçi arasında gedən gizli danışığın səs yazısını mətbuata kim ötürüb? ABŞ, Britaniya və Almaniya kəşfiyyatnın adları çəkilir. Amma bunu kimin etməsi məsələnin mahiyyətini qəti dəyişmir.
İndi əsas məsələ Ağ evin Ukrayna siyasətini dəyişməsidir. Bunun üçün də ilk növbədə ABŞ senatorlarının “Kremlin agenti” adlandırdığı siyasi dələduz Stiv Uitkoff danışıqlar prosesindən tamamilə uzaqlaşdırılmalıdır. Amma Tramp bunu edəcəkmi?”
Nailə Qasımova,
Medianews.az