Müğənni Sevda Sənəliyevanın "TikTok" canlı yayımında səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İfaçı canlı yayım zamanı izləyicilərdən birinin ünvanladığı suala əsəbi şəkildə reaksiya verib. O, heç kimdən asılı olmadığını vurğulayaraq bütün həyatını özü qurduğunu bildirib:
"Hər şeyimi qurmuşam. İşləməsəm belə heç kimə ehtiyacım yoxdur. Tək qadın kimi heç kəsdən kömək ummuram, övladlarımı da özüm böyüdürəm".
Sənətçi haqqında səsləndirilən "sponsor" iddialarına da münasibət bildirərək bu cür fikirlərin yolverilməz olduğunu deyib. O, insanları tanımadan belə ittihamlar səsləndirməyin düzgün olmadığını qeyd edib və həm dindar şəxslərin, həm də müğənnilərin adının ləkələnməməsini istəyib.
Sevda Sənəliyeva hazırda efirlərə çıxmamasının səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu, şəxsi seçimidir və yeni mahnılarının hazır olmasını gözləyir. Müğənni əlavə edib ki, televiziya proqramlarındakı qalmaqallar səbəbindən efirdən uzaq durmağa üstünlük verir.
İfaçı gündəlik həyatından da danışaraq vaxtının böyük hissəsini ev işlərinə sərf etdiyini, yemək bişirib, ev qayğıları ilə məşğul olduğunu bildirib. Canlı yayım zamanı səsləndirilən bu fikirlər qısa müddətdə sosial mediada viral olub və müxtəlif reaksiyalar doğurub./milli.az/