Medianews.az
Gürcüstan XİN başçısı: Aİ yeni genişlənməyə
102 baxış

Gürcüstan XİN başçısı: Aİ yeni genişlənməyə hazır deyil

"Avropa İttifaqı yeni genişlənməyə hazır deyil, yalnız onun illüziyasını yaratmaq üçün yol axtarır".

Medianews.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, genişlənmə prosesi ilə bağlı olan dəyişikliklər yalnız institusional məsələlərə aid deyil, Aİ-nin fundamental prinsiplərinə də təsir edə bilər.

Boçorişvili qeyd edib ki, Gürcüstan üçün Aİ-nin gələcək genişlənmə perspektivlərini qiymətləndirmək xüsusilə çətindir.

"Gürcüstan namizəd statusunu alıb, lakin Avropa İttifaqı namizəd ölkə ilə bir neçə ay ərzində dialoqu dayandırdı. Avropa İttifaqı üçün hətta qanunvericilik məsələləri üzrə dialoqa daxil olmaq çətindir. Bəzi ölkələr və qüvvələr dialoqun bərpası üçün ilkin şərtlər irəli sürməyə çalışırlar ki, bu da tamamilə qəbuledilməzdir", - XİN başçısı əlavə edib.

Qeyd edək ki, Aİ-nin beş üzvü - Almaniya, Fransa, Belçika, Niderland və Lüksemburq təşkilatda yeni üzvlərin ilk növbədə xarici və müdafiə siyasəti sahələrində səsvermə hüququnun məhdudlaşdırılmasını təklif edib./ Apa.az

Bizə qoşulun