2026-cı ilin ilk yarısında Gürcüstanın ixracı 3,8 milyard dolları, idxalı 9 milyard dolları ötüb, ticarət dövriyyəsində 5,1 milyard dollardan çox mənfi saldo yaranıb.
Medianews.az bildirir ki, Milli Statistika Xidmətinin hesabatına görə, 2025-ci ilin ilk yarısı ilə müqayisədə ticarət dövriyyəsi 5,8 faiz, ixrac 20,1 faiz, idxal 0,7 faiz artıb.
Xarici ticarətdə mənfi saldo 2023-cü ildə 9,5 milyard dollar, 2024-cü ildə 10,3 milyard dollar, 2025-ci ildə 11,3 milyard dollar göstərilib.