Medianews.az
Ağdərədə avtomobil aşıb,
94 baxış

Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb

Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K. Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun