Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı etirafları ilə diqqət çəkib.
Aktrisa "İki başlı" proqramında qonaq olarkən avtomobil idarə etməyi heç vaxt öyrənmədiyini bildirib. O, sükan arxasına keçməyə marağının olmadığını və hər zaman sürücünün xidmətindən istifadə etdiyini deyib.
Dilarə Əliyeva yalnız bir dəfə film çəkilişi zamanı avtomobil idarə etdiyini xatırladaraq həmin anların kifayət qədər gərgin keçdiyini söyləyib. Aktrisanın sözlərinə görə, çəkiliş zamanı yanında olan Fərda Xudaverdiyev və Nicat Rəhimov da vəziyyətə müdaxilə etmək məcburiyyətində qalıblar.
Sənətçi gündəlik həyatından da danışaraq ev işlərinə demək olar ki, vaxt ayırmadığını bildirib. O qeyd edib ki, uzun illərdir mətbəxə girmir, alış-verişlə də özü məşğul olmur.
Aktrisanın sözlərinə görə, sıx iş qrafikinə görə hətta saçını daramağa belə vaxt tapa bilmir və bu səbəbdən saç baxımını salonda etdirir. Dilarə Əliyeva əlavə edib ki, ailənin alış-verişini artıq 20 ildən çoxdur sürücüləri həyata keçirir.
Sənətçinin səmimi açıqlamaları sosial şəbəkələrdə də maraqla qarşılanaraq müzakirələrə səbəb olub./milli.az