Fransa millisinin sabiq müdafiəçisi Rafael Varan komandanın DÇ-2026-da yarımfinala yüksəlməsini yüksək qiymətləndirib.
Medianews.az xəbər verir ki, Varanın sözlərinə görə, bu nəticə Fransa futbolunun yüksək səviyyəsini bir daha təsdiqləyir. Onun sözlərinə görə, komanda turnir boyu istedadı, soyuqqanlılığı və xarakteri ilə seçilib.
Sabiq futbolçu həmçinin qeyd edib ki, Kilian Mbappe kapitanlıq məsuliyyətini tam üzərinə götürərək əsl liderlik nümayiş etdirir.
Qeyd edək ki, Fransa millisi dünya çempionatının yarımfinalında iyulun 14-də İspaniya ilə qarşılaşacaq.
Medianews.az