Azərbaycanın Dövlət Statistika Komitəsi 2026-cı il iyunun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 1175 manat göstərib.
Medianews.az xəbər verir ki, komitənin rəsmi hesabatında fəaliyyət növləri belə sıralanıb:
mədən sənayesi - 4405,7 manat;
maliyyə və sığorta fəaliyyəti - 3185,9 manat;
informasiya və rabitə - 2133,6 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət - 1949,9 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat - 1734,7 manat;
nəqliyyat və anbar təsərrüfatı - 1570,7 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1395,7 manat;
tikinti - 1244,9 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı - 1150,4 manat;
emal sənayesi - 1060,4 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi - 957 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət - 893,9 manat;
təhsil - 825,4 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi - 813,2 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı - 812,9 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə - 800,4 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri - 763,4 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 749,7 manat.
Ölkədə minimum maaş 400 manatdır.