Sumqayıtda meyit aşkarlanıb.
Medianews.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mahir Əli oğlu Ağayevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.