Türkiyənin məşhur müğənnisi və AHBAP Dərnəyinin rəhbəri Haluk Leventin saxlanılmamışdan əvvəlki görüntüləri ictimaiyyətə təqdim olunub.
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində Haluk Levent barəsində "Dərnəklər haqqında Qanunun pozulması", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" və "Cinayət təşkilatına üzvlük" ittihamları ilə saxlanılma qərarı verilib.
AHBAP Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan müğənni Haluk Leventin saxlanılmazdan əvvəlki görüntüləri yayılıb.
Kadrlarda Leventin İstanbul–İzmir avtomobil yolundakı istirahət məntəqəsindən avtomobilə mindiyi görünür. O, Bursada saxlanılaraq ifadə vermək üçün İstanbula aparılıb.
İstintaq çərçivəsində Haluk Leventə "Dərnəklər haqqında Qanunun pozulması", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" və "Cinayət təşkilatına üzvlük" ittihamları irəli sürülüb.
Bundan başqa, bu gün keçirilən ikinci əməliyyat zamanı daha 17 nəfər saxlanılıb. Beləliklə, iş üzrə saxlanılanların ümumi sayı 39-a çatıb.
Qeyd: Xəbərdə yer alan ittihamlar istintaq materiallarında əks olunan iddialardır. Məhkəmə qərarı çıxana qədər təqsirsizlik prezumpsiyası qüvvədədir./musavat.com
