Medianews.az Gürcüstanın xarici ticarət rəqəmlərinə nəzər salıb.
Milli Statistika Xidmətinin hesabatına görə, yanvar-mart aylarında 5 milyard 862,1 milyon dollar dəyərində ticarət dövriyyəsi qeydə alınıb. Bu, 2025-ci ilin ilk rübü ilə müqayisədə 0,1 faiz yuxarı göstəricidir.
İxracın 23,3 faiz artdığı, idxalın 7,2 faiz azaldığı xəbər verilir, qeyd olunur ki, idxal ixracı 2 milyard 414,7 milyon dollar üstələyib.