PSJ-nin vingeri Xviça Kvaratsxeliya "Çelsi" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda (3:0) 6-cı dəqiqədə qol vuraraq London klubunun tarixinə düşüb.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, gürcü ulduzun 5 dəqiqə 41-ci saniyədə vurduğu qol "zadəganlar"ın ÇL-in pley-off oyunlarında qapısında gördüyü ən erkən top olub. Bu barədə "Squawka" məlumat yayıb.
Qeyd edək ki, Kvaratsxeliya 2025-ci ilin yanvarında PSJ-yə transfer olunub. 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxaraq 12 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun təxmini bazar dəyəri 90 milyon avrodur.