Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) rayonundan olan vəkil Məcid Pejumanın meyiti aşkar edilib.
Bu barədə Sulduzun polis rəisi polkovnik Yunis Ərcmənd açıqlama verib.
Məlumata görə, vəkilin meyiti bölgənin Həsənli su bəndindən çıxarılıb.
İlkin baxış zamanı Məcid Pejumanın üzərində bir neçə güllə yarası aşkar edilib./axar.az/