Medianews.az
4 ildir çimərlikdən tualet kağızı oğurlayır -
72 baxış

4 ildir çimərlikdən tualet kağızı oğurlayır - Hadisə gündəm oldu

İrlandiyanın Yol şəhərində yerləşən Front-Strand çimərliyi artıq dörd ildir ki, çox qəribə bir oğurluq hadisəsi ilə gündəmdədir.

Medianews.az xəbər verir ki, naməlum şəxs artıq dörd ildir ki, ictimai tualetlərindən tualet kağızlarını oğurlayır.

Məlumata görə, oğurluq hadisəsi hər gün eyni dəqiqliklə təkrarlanır. Bələdiyyə işçiləri hər səhər saat 07:30-da tualetləri yeni kağız rulonları ilə təmin edirlər. Lakin cəmi yarım saat sonra - saat 08:00-da bütün kağızlar artıq yoxa çıxmış olur.

Qraflığın meri Meri Laynhan Foli bildirib ki, bu qəribə oğurluqlar maraqlı bir şəkildə yalnız yay mövsümündə baş verir. Hazırda polis hadisə ilə bağlı ciddi araşdırma aparır və şahidlərin ifadələrini toplayır.

Vəziyyətin getdikcə pisləşməsi yerli biznesi də hərəkətə gətirib. Çimərlik zonasındakı sahibkarlardan biri bu "bandit"in tapılmasına kömək edəcək şəxsə 500 avro mükafat vəd edib. 

Hakimiyyət isə problemin qarşısını almaq üçün ödənişli kağız dispenserlərinin quraşdırılmasını nəzərdən keçirir.

Medianews.az

Bizə qoşulun