Kassa çekləri sağlamlıq üçün təhlükəlidir.
Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbəb ola bilər.
Çeki əldə 2 dəqiqədən artıq saxlamaq bu maddənin müəyyən hissəsinin bədənə daxil olmasına gətirib çıxarır. Əllər tərli olduqda bu təsirin 10 dəfə, spirt, antiseptik və ya krem istifadə edildikdə isə 100 dəfə artdığı vurğulanır.
Uzun müddət çeklərlə təmasda olan şəxslərin, xüsusilə kassirlərin daha yüksək risk altında olduğu, bunun süd vəzi və prostat xərçənginə səbəb ola biləcəyi bildirilir.
Bu səbəbdən vətəndaşlara çeklə təmasdan sonra əllərini yumaq, qidaya toxunmamaq, çekləri ərzaq paketlərinə qoymamaq və uşaqlara verməmək tövsiyə olunur.