Medianews.az
Mütəxəssislər yaşıl çayla bağlı vacib
86 baxış

Mütəxəssislər yaşıl çayla bağlı vacib xəbərdarlıq etdi

Diyetoloqlar bildirirlər ki, yaşıl çayın gündəlik istehlakı ürək-damar sistemi, beyin fəaliyyəti və maddələr mübadiləsi üçün faydalı ola bilər.

Medianews.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibində güclü antioksidant xüsusiyyətlərə malik katexinlər, xüsusilə də EGCG maddəsi mövcuddur.

Bu birləşmələr iltihabın azalmasına, damar sağlamlığının qorunmasına və bəzi xroniki xəstəliklərin riskinin aşağı düşməsinə kömək edə bilər.

Araşdırmalar yaşıl çayın qan təzyiqinin tənzimlənməsində qara çaydan daha təsirli ola biləcəyini də göstərib. Həmçinin bu içki enerji səviyyəsini və zehni diqqəti artırmağa kömək edir.

Diyetoloqlar gündə 1-2 fincan yaşıl çayın antioksidant təsir göstərdiyini, maksimum fayda üçün isə 3-4 fincanın kifayət etdiyini bildirirlər. Bununla belə, yaşıl çayın tərkibindəki taninlər dəmirin mənimsənilməsini azalda bilər. Bu səbəbdən anemiyası və ya dəmir çatışmazlığı olan şəxslərə çayı yeməkdən ən azı bir saat əvvəl və ya sonra içmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun