Medianews.az
Gündə 1-2 çay qaşığı bal:
143 baxış

Gündə 1-2 çay qaşığı bal: Orqanizmdə hansı dəyişikliklər baş verir?

Bal təbii şirinləşdiricilər arasında ən populyar məhsullardan biridir.

Medianews.az-ın məlumatına görə, diyetoloqlar bildirirlər ki, onun tərkibində kalium, kalsium, maqnezium, B qrupu vitaminləri, antioksidantlar və faydalı fermentlər mövcuddur.

Mütəxəssislərin sözlərinə görə, balın müntəzəm və ölçülü istehlakı orqanizmi enerji ilə təmin edir, həzmi dəstəkləyir, bağırsaq mikroflorasının sağlamlığını qorumağa kömək edir və iltihabəleyhinə təsir göstərə bilər.

Balın tərkibində olan flavonoidlər və polifenollar oksidləşdirici stressi azaltmağa kömək edir. Bundan əlavə, məhsul prebiyotik xüsusiyyətlərə malik olduğundan faydalı bağırsaq bakteriyalarının inkişafını dəstəkləyir.

Lakin diyetoloqlar xəbərdarlıq edirlər ki, bal yüksək şəkər və kalori tərkibinə malikdir. Həddindən artıq istifadə çəki artımına, qanda şəkərin yüksəlməsinə və 2-ci tip diabet riskinin artmasına səbəb ola bilər.

Mütəxəssislər əksər insanlar üçün gündə 1-2 çay qaşığı balın kifayət etdiyini bildirirlər. Diabet və ya prediabeti olan şəxslərə isə balı gündəlik rasiona daxil etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun