Medianews.az
Gülüstan Əliyeva səhnəni fəth etdi -
118 baxış

Gülüstan Əliyeva səhnəni fəth etdi - FOTO

Əməkdar artist Gülüstan Əliyeva “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı çərçivəsində Ordubad şəhərində keçirilən rəsmi açılış mərasimində çıxış edib.

Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, sənətkar bayram ovqatına uyğun səhnə geyimi və emosional ifası ilə tamaşaçılara unudulmaz anlar yaşadaraq tədbirin əsas diqqət mərkəzinə çevrilib.

Çıxışdan sonra o, pərəstişkarları ilə xatirə fotoları çəkdirib və böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş sərgilər, folklor və musiqi nümunələri, aşıq sənəti ifaları, eləcə də rəsm və xalçaçılıq ekspozisiyaları təqdim olunub.

   

Bizə qoşulun