Mərkəzi İtaliyada yağan güclü yağışlar Adriatika avtomobil yolunda Trigno çayı üzərindəki körpünün uçmasına səbəb olub.
Medianews.az xəbər verir ki, bu barədə "ANSA" məlumat yayıb.
Leysan yağışlar səbəbindən çayın suyunun səviyyəsi kəskin şəkildə yüksəldikdən sonra körpü uçub.
Körpünün uçması Molise və Abruzzo arasındakı əsas nəqliyyat əlaqəsini pozub, tıxaclara və dolama yollarda gecikmələrə səbəb olub.//Operativ Media