Rusiyada həkimlər bir kişinin gözündən təxminən 0,5 santimetr uzunluğunda metal parçasını çıxararaq görmə qabiliyyətini xilas ediblər.
Medianews.az xəbər verir ki, hadisə Primorye bölgəsində baş verib.
Məlumata görə, kişi metal tükləri olan fırçası ilə işləyərkən tükün biri gözünə düşüb. Parçanın uzunluğu təxminən 0,5 santimetr olub.
Həkimlərin bildirdiyinə görə, əgər metal daha dərinə keçsəydi, xəstə görmə qabiliyyətini tamamilə itirə bilərdi.
Cərrahiyyə əməliyyatı zamanı yad cisim diqqətlə çıxarılıb və zədələnmiş toxuma tikilib. Daha sonra iltihabın qarşısını almaq üçün müalicə təyin olunub.
Medianews.az