Qvatemalada 24 yaşlı gözəllik kraliçası Cennifer Dinora Baçes Bolanyos narkobizneslə əlaqədə şübhəli bilinərək həbs olunub.
Medianews.az xəbər verir ki, polis onu martın 4-də ticarət mərkəzindən çıxarkən saxlayıb.
Bolanyos ilk dəfə 2025-ci ilin oktyabrında bir məclisə edilən polis basqını zamanı tutulub. Hadisə yerindən silahlar və yüzlərlə paket kokain götürülüb. Həmin vaxt o, araşdırmadan sonra azadlığa buraxılıb.
Lakin istintaq davam etdirilib və dekabrın 15-də məhkəmə onun yenidən həbsinə order verib. Bir neçə ay gizlənən Bolanyos sonda polis tərəfindən yaxalanıb.
2023-cü ildə Eskuintla bölgəsində keçirilən gözəllik müsabiqələri ilə məşhurlaşan Bolanyos “Cənubun Barbisi” kimi tanınıb.
Medianews.az