Medianews.az
Gölün altında 100-dən çox
85 baxış

Gölün altında 100-dən çox gəmi tapıldı

ABŞ-də Union gölünün dibində təxminən 100-ə yaxın batmış gəmi aşkar edilib.

Medianews.az xəbər verir ki, bu barədə sualtı robototexnika mütəxəssisi Fil Parizi danışıb.

Onun sözlərinə görə, təxminən 8 metr dərinlikdə bitki örtüyü demək olar ki, yoxdur və sualtı canlılar çox azdır. Bu boşluğun isə əsasən batmış gəmi qalıqları ilə dolduğu bildirilir.

Mütəxəssis qeyd edib ki, gölün özəlliyi onun nisbətən dayaz göl olmasıdır, lakin buna baxmayaraq burada çox sayda gəmi batıb. Bəzi qalıqlar körpülərin və estakadaların altında gizlənib və onlara çatmaq çətin olur.

Araşdırmalar zamanı uzaqdan idarə olunan sualtı aparatlardan istifadə edilir, çünki suyun bulanıqlığı akvalanqla birbaşa tədqiqatı çətinləşdirir.

Medianews.az

Bizə qoşulun