Medianews.az
Gəncədə 24 yaşlı gənc dəm qazından
69 baxış

Gəncədə 24 yaşlı gənc dəm qazından boğulub

Gəncədə 24 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2002-ci il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun