Medianews.az
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı -
135 baxış

Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - VİDEO

Dünən Gəncədə yağan güclü yağışdan sonra Dövlət Milli Dram Teatrında təhlükəli vəziyyət yaranıb.

Medianews.az Gencexeber.az-a istinadla xəbər verir ki, teatrın texniki otağında yerləşən su nasoslarına baxış keçirmək üçün zirzəmiyə enən işçi geri qayıdarkən yağış sularının yığılması səbəbindən içəridə qalıb.

Su səviyyəsi isə qapının yarısından çoxunu tutub.

Teatrın digər əməkdaşları vəziyyətə müdaxilə edərək içəridə qalan işçini təhlükəsiz şəkildə çıxarmağa nail olublar.

Bizə qoşulun