İspaniya millisinin gənc ulduzları Lamin Yamal və Niko Uilyams Dünya Çempionatının pley-off mərhələsini müzakirə ediblər.
Medianews.az xəbər verir ki, insayder Fabrisio Romanonun paylaşdığı bu maraqlı dialoq sosial şəbəkələrdə böyük marağa səbəb olub:
Yamal: "Mənim xəyalımdakı yarımfinal cütlükləri belədir: Fransa – İspaniya və Portuqaliya – Argentina." Uilyams: "Biz onları (Fransanı) artıq iki dəfə məğlub etmişik... Amma ilahi, onların necə heyəti var..." Yamal: "Bəs bizim?"
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın pley-off mərhələsinə H qrupunun lideri kimi yüksəlib. Turnirdə ilk qolunu Səudiyyə Ərəbistanına vuran Yamal və komandası bu gün, iyulun 2-də, saat 23:00-da (Bakı vaxtı ilə) 1/16 final çərçivəsində Avstriya ilə qarşılaşacaq.
Medianews.az