Medianews.az
Gecə tərləmək ölümücül xəstəliyinin əlaməti
72 baxış

Gecə tərləmək ölümücül xəstəliyinin əlaməti ola bilər

Gecə tərləmək böyrək xərçəngi və ya lösemi əlaməti ola bilər.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə britaniyalı həkimlər bildirib.

Mütəxəssislər vurğulayıblar ki, insanların əksəriyyəti gecələr tərləyir və bu, normaldır. Lakin, əgər müntəzəm olaraq çarşafların islanması ilə oyanırsınızsa, həkimə müraciət etməlisiniz. Otağın sərin olmasına baxmayaraq, pijama və yataq dəstlərinizin tamamilə islanmasına diqqət yetirmək vacibdir.

Onlar gecələr həddindən artıq tərləməyə böyrək xərçəngi, leykemiya, medulyar tiroid xərçəngi, Hockin limfoması, qeyri-Hodgkin limfoması, sümük xərçəngi və prostat xərçəngi səbəb ola biləcəyini deyirlər.

Medianews.az

Bizə qoşulun