“Yüksək dərəcədə təmizlənmiş tekila daha yüngül baş ağrısına səbəb olur”.
Medianews.az xəbər verir ki, bunu qastroenteroloq Əli Almasri deyib.
O izah edib ki, müxtəlif növ alkoloqda fusel yağları və taninlər kimi baş ağrısının şiddətinə təsir edən müxtəlif miqdarda çirklər var.
Həkim vurğulayıb ki, baş ağrısının şiddəti istehlak edilən spirtli içki miqdarından da təsirlənir. Məsələn, bir şüşə tekila bir stəkan şərabdan daha çox zərər verə bilər, baxmayaraq ki, sonuncu daha çox konjener ehtiva edir.
Almasri həmçinin qeyd edib ki, təhlükəsiz miqdarda spirtli içki yoxdur.
Medianews.az