Medianews.az
Diş itkisi yaddaşa
61 baxış

Diş itkisi yaddaşa necə təsir edir?

Xirosima Universitetinin alimləri bildirib ki, diş itkisi yaddaşa əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Medianews.az xəbər verir ki, onlar bu nəticəyə siçanlar üzərində aparılan təcrübədən sonra gəliblər.

Tədqiqatın nəticələri Archives of Oral Biology (AOB) jurnalında dərc edilib.

Araşdırma zamanı bir qrup siçan müntəzəm qida ilə, digər qrup isə az proteinli qida ilə qidalanıb. Bəzi heyvanlar daimi dişlərini saxlayıb, digərlərinin dişləri isə düşüb. Altı aydan sonra diş itkisinin yaddaş pozğunluğunun əsas amili olduğu aşkarlanıb. Daimi dişləri olmayan siçanlar idrak tapşırıqlarında xeyli pis nəticələr göstəriblər.

Tədqiqatçılar aktiv çeynəmənin normal sinir fəaliyyətini və qan axınını qorumaqla beyin funksiyasını qoruya biləcəyi qənaətinə gəliblər. Buna görə də, dişləriniz yaxşı vəziyyətdə deyilsə, protez dişlər əla fikirdir.

Medianews.az

Bizə qoşulun