Medianews.az
İsveçdə vəfat edən Milli Qəhrəmanımızın nəşi Azərbaycana
62 baxış

İsveçdə vəfat edən Milli Qəhrəmanımızın nəşi Azərbaycana gətiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçrənin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin ölkəmizə gətirilməsi məsələsini nəzarətə götürüb.

Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki məsələlər həll olunur.

Bu, eyni zamanda, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əsasnaməsindən irəli gələn məsələdir. Qurumun sənədinə əsasən, müəyyən müddət xarici ölkələrdə yaşamış və xüsusi xidmətləri olan şəxslərin cənazəsi Azərbaycana gətirilir və burada dəfn olunur.

Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtərdə anadan olub. O, ötən gün İsveçin Malmö şəhərində uzunsürən xəstəlikdən vəfat edib.

Bizə qoşulun