Yəmən prezidentinin İdarə Heyətinin rəhbəri Rəşad Məhəmməd əl-Alimi ölkədə 90 gün müddətinə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, sənədin mətni Yəmənin SABA agentliyi tərəfindən dərc edilib.
Məlumata görə, ölkədə fövqəladə vəziyyət 2025-ci il dekabrın 30-dan başlayaraq 90 gün müddətində qüvvədə olacaq və uzadılması mümkündür.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya dekabrın 30-da Yəmənin Hadramaut bölgəsində məhdud hərbi əməliyyatlar həyata keçirib.
Yəməndəki vətəndaş müharibəsi 2014-cü ildən bəri davam edir və ölkənin faktiki olaraq bölünməsinə səbəb olub. Husilər Səna da daxil olmaqla şimal və qərbə nəzarət edir, cənub isə Cənubi Keçid Şurasının hakimiyyəti altındadır və qalan bölgələr beynəlxalq səviyyədə tanınmış strukturlar tərəfindən idarə olunur.