“Fənərbağça”nın futbolçusu Fred Ziraat Türkiyə Kubokunun 1/4 finalında “Konyaspor”a 0:1 hesablı məğlubiyyətdən sonra açıqlama verib.
Medianews.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi komandanın vəziyyətinin çətin olduğunu deyərək, ardıcıl uğursuz nəticələrə baxmayaraq toparlanmalı olduqlarını bildirib.
Onun sözlərinə görə, həm çempionatda xal itkiləri, həm də kubokdan kənarlaşma zamanı oyun üstünlüyü onların tərəfində olsa da, əsas problem qol imkanlarından yararlana bilməmək olub.
Fred həmçinin vurğulayıb ki, komanda hələ çempionluq yarışından çəkilməyib və qarşıdakı oyunda qələbə qazanmağı hədəfləyir.
Bu açıqlamalar isə “Fənərbağça” azarkeşlərinin narazılığına səbəb olub. Azarkeşlər sosial şəbəkələrdə futbolçulara, xüsusilə Fredə qarşı tənqidi münasibət sərgiləyiblər.
Medianews.az