İtaliyada 25 yaşlı futbolçu Qabriele Vakkaro yeniyetmələrin hücumu nəticəsində həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə aprelin 19-u Paviya şəhərində gecə saatlarında baş verib.
Vakkaro dostları ilə avtomobilə gedərkən əlində pizza qutuları olub. Onlara yaxınlaşan beş yeniyetmə pizzanı istəyib. Gənc imtina etdikdə, onlardan biri burğacla hücum edərək boyun və qarın nahiyəsindən ağır xəsarətlər yetirib.
Yaralı halda evə qayıdan Vakkaronun vəziyyəti sonradan pisləşib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralanan dostu isə sağ qalıb və müalicəsi davam edir. Hücumda iştirak edən yeniyetmələrdən üçü saxlanılıb, digər şübhəlilərin axtarışı davam edir.
Qeyd edək ki, Vakkaro poçtda çalışırdı və bir neçə yerli futbol klubunda çıxış edib.
Medianews.az