Medianews.az
Fransada çempion bəlli oldu
159 baxış

Fransada çempion bəlli oldu

Fransa Liqa 1-in 2025/26 mövsümünün 29-cu turundan təxirə salınan "Lans" və PSJ arasında oyun başa çatıb.

Medianews.az İdman.Biz-ə istinadən bildirir ki, matç Lansdakı "Stade Bollaert-Delelis" stadionunda baş tutub və qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya matçda ilk qolu 29-cu dəqiqədə vurub. 90+3-cü dəqiqədə hücumçu İbrahim Mbaye qonaqların fərqini ikiqat artırıb.

Bu oyundan sonra PSJ Fransa çempionluğunu vaxtından əvvəl təmin edib. Klub Liqa 1-in turnir cədvəlinə 76 xalla başçılıq edir. "Lans" isə bir tur qalmış 67 xalla ikinci yerdədir.

PSJ Liqa 1-də ən çox çempionluq tituluna sahibdir - 14 dəfə. Bu reytinqdə "Sent-Etyen" ikinci (10 titul), "Marsel" isə üçüncü (9) yerdədir.

Bizə qoşulun