Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulur.
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, son oyun günündə "Bavariya" Almaniyada PSJ-ni qəbul edəcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.
Xatırladaq ki, komandalar arasında Fransada keçirilən ilk matç PSJ-nin 5:4 hesablı qələbəsi ilə yekunlaşmışdı.
6 may
UEFA Çempionlar Liqası
Yarımfinal
23:00, "Bavariya" - PSJ
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final qarşılaşması mayın 30-da Budapeştdə keçiriləcək.