Medianews.az
FIFA konqresində gərginlik -
121 baxış

FIFA konqresində gərginlik - VİDEO

FIFA prezidenti Canni İnfantinonun İsrail və Fələstin futbol nümayəndələrini sülh mesajı üçün səhnədə əl sıxmaq təşəbbüsü qalmaqala səbəb olub.

Medianews.az xəbər verir ki, Fələstin Futbol Federasiyasının rəhbəri Cibril Racub bu təklifi rədd edərək səhnəni tərk edib.

Kanadanın Vankuver şəhərində keçirilən FIFA konqresində Canni İnfantinon hər iki tərəfi səhnəyə dəvət edib. Lakin Racub simvolik əl sıxma çağırışını qəbul etməyib.

Fələstinli rəsmi qərarını siyasi və humanitar səbəblərlə izah edib. O, İsrail hökumətini tənqid edərək belə bir addımın qəbuledilməz olduğunu bildirib.

Hadisə beynəlxalq idman ictimaiyyətində geniş rezonans doğurub. İnfantinonun “futbol sülh vasitəsidir” yanaşması tənqid olunub, FIFA-nın neytrallığı yenidən sual altına düşüb.

Medianews.az

Bizə qoşulun