Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada Suriya prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın və birgə koordinasiyanın gücləndirilməsi yolları müzakirə olunub.
Bildirilib ki, bu görüş Əl Şaraanın Antalya Diplomatiya Forumunun beşinci sessiyasında iştirak etmək üçün Türkiyəyə rəsmi səfəri çərçivəsində baş tutub.
Görüşdə Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Hüseyn Səlameh də iştirak edib.