Medianews.az
Fermer donuzları günəş elektrik stansiyasına
87 baxış

Fermer donuzları günəş elektrik stansiyasına buraxdı

Avstraliyada yerləşən iri günəş elektrik stansiyalarından birində alaq otları ciddi problem yaradıb.

Medianews.az xəbər verir ki, panellərin günəş işığını qəbul etməsinə mane olan otlarla mübarizə üçün fermer qeyri-adi üsula əl ataraq əraziyə donuzlar buraxıb.

Kunekune cinsindən olan sakit və kiçikölçülü donuzlar qısa müddətdə alaq otlarını təmizləyib, torpağı yumşaldıb və yanğın riskini azaldıblar. Bununla yanaşı, onlar ərazidə torpağın vəziyyətinin yaxşılaşmasına da kömək ediblər.

Nəticədə stansiyada yanacaq sərfiyyatı və texniki xidmət xərcləri azalıb. Mütəxəssislər bu üsulun günəş elektrik stansiyalarının ekoloji cəhətdən daha səmərəli idarə olunmasına nümunə olduğunu bildirirlər.

Medianews.az

Bizə qoşulun