“Fənərbaxça” kolumbiyalı ulduzu Con Duranla yollarını ayırmağa hazırlaşır. 22 yaşlı futbolçunun son hərəkətləri klub rəhbərliyini və azarkeşləri qəzəbləndirib.
Medianews.az xəbər verir ki, İstanbul təmsilçisi böyük ümidlərlə transfer etdiyi gənc oyunçudan narazıdır. Duranın meydanda qaçmaması və komanda yoldaşlarına yetərincə dəstək verməməsi diqqətdən qaçmır. Mütəxəssislər hesab edirlər ki, gənc fiutbolçu klubdan tamamilə soyuyub və şərəfini qoruduğu komandanın uğurları üçün heç nə etmir. Bu üzdən o, Avropa Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində bu gün keçiriləcək FCSB matçı üçün Rumıniyaya aparılmayıb.
Con Duranın "ağrım var" deyərək, məşqə qatılmaması isə yeni iddiaların ortaya çıxmasına səbəb olub.
Türkiyə mediası Con Duranın əvvəlki klubuna - "Aston Villa"ya dönmək istədiyini yazıb.